Polşa Rusiyaya qarşı hərbi əməliyyatlara hazırlaşır?
Polşa vətəndaşlarının təxminən 94%-i Rusiyanı ciddi təhlükə hesab edir və ona qarşı hərbi əməliyyatlara hazır olduqlarını bildirir.
Polşa Müdafiə Nazirliyi ölkədə müxtəlif peşələrin nümayəndələri olan sadə vətəndaşların cəlb edildikləri “Ordu ilə məşq edin” adlı təlimlər keçirir. Qeyd olunur ki, oktyabr və noyabr aylarında keçirilən kurslarda yaşı 18-dən 65-ə qədər olan 3 500-dən çox polşalı iştirak edib.
Polşa Müdafiə Nazirliyinin sözçüsü Mixal Tomçik deyib ki, insanlar həyəcan siqnalı ilə işləməyi, həqiqi silahı necə tutmağı və doldurmağı, qaz maskasından necə istifadə etməyi öyrənmək və bilmək, eyni zamanda əsas sağqalma bacarıqlarını inkişaf etdirmək istəyirlər.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin on minə yaxın əsgəri Polşada yerləşdirilib.