Prezidentdən şok: Seçkilərin qalibi yoxdur!

Gürcüstanda seçkilər başa çatdı, lakin heç kim özünü əsl qalib hesab etməməlidir. Çünki nə ölkə, nə də cəmiyyyət belədir.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

O bildirib ki, inkişaf yoluna qayıtmaq üçün hazırda ölkədə sabitlik önəmlidir, cəmiyyət üçün isə sülh və siyasi qarşıdurmadan fəaliyyətə keçid lazımdır.

Prezidentin sözlərinə görə, seçki nəticələri onu deməyə əsas verir ki, seçicilər sərbəst şəkildə öz iradəsini ifadə edib.

Qeyd edək ki, 30 oktyabrda Gürcüstanda yerli özünüidarəetmə orqanlarına (Sakrebulo – red.) seçkilərin ikinci turu keçirilib. Hakim Gürcü Arzusu təkrar seçki keçirilən 20 şəhər və rayonun 19-da qalib gəlib. Müxalifət isə total saxtakarlıq edildiyini bildirərək, seçkilərin nəticələrini tanımaqdan imtina edib.

Hamısını Göstər

Related Articles

Back to top button