Siyəzən sakinindən narkotik vasitə aşkarlandı

Siyəzən   Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Tağı Əliyev saxlanılıb. Həmin şəxsin  üzərinə baxış keçirilən zaman kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button