Prezidentin təltif etdiyi general kimdir?
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla general-mayor İlqar Məmmədov “İgidliyə görə” medalı ilə mükafatlandırılıb.
Bəs İlqar Məmmədov kimdir?
Oxu.az mövzu barədə qısa araşdırma aparıb.
İ.Məmmədov 1991-ci ildə SSRİ Silahlı Qüvvələrinin Lvov Ali Hərbi Məktəbini, 2005-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Hərbi Akademiyasını və 2009-cu ildə Türkiyə Respublikasının Silahlı Qüvvələrin Hərbi Akademiyasını bitirib.
1992-2013-cü illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında tabor komandirinin tərbiyə işlər üzrə müavini, tabor komandirinin müavini – qərargah rəisi, əlahiddə tabor komandirinin birinci müavini, alay komandirinin tərbiyə işləri üzrə köməkçisi, tabor komandiri, Tədris alayında silsilə rəisi, alay komandirinin birinci müavini – qərargah rəisi, alay komandiri, Ali Hərbi Məktəb rəisinin müavini – qərargah rəisi vəzifələrində xidmət edib.
Azərbaycan Prezidentinin 2008-ci il 11 mart tarixli sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Ona Prezident İlham Əliyevin 2014-cü il 8 mart tarixli sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib.
İ.Məmmədov hazırda Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisidir, o, bu vəzifəyə 2014-cü ildə təyin edilib.