Putin ABŞ-ı vura bilən silahı işə saldı

Ötən gün Rusiya Prezidenti Vladimir Putin ABŞ və Böyük Britaniyanı vura bilən “Yars” raketinin işə salınmasıyla bağlı tapşırıq verib.

“AzPolitika.info” Britaniyanın “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, Rusiyanın Kaluqa bölgəsində quraşdırılan raketin görüntüləri sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Britaniya nəşri raketin uçuş məsafəsinin 12 min kilometr olduğunu yazıb.

Rusiyanın “Komsomolskaya Pravda” qəzetinin məlumatına əsasən, raket 1945-ci ildə Xirosimanı məhv edən ABŞ bombasından 12 dəfə güclüdür.

Sözügedən raketin dekabrın 17-də Rusiyada keçiriləcək Strateji Raket Qüvvələri Günü üçün hazırlandığı bildirilir.


Hamısını Göstər

Related Articles

Back to top button