“Putin nüvə zərbəsini Belarus ərazisindən endirə bilər” – Amerikalı tarixçi.
Rusiya hökmdarı Vladimir Putin təhlükəli adamdır, nüvə silahı tətbiq edə bilər.
Bu fikri amerikalı tarixçi-tədqiqatçı, müasir Rusiyanın araşdırıcısı, tarix elmləri doktoru Yuri Felştinski səsləndirib («UNİAN»).
«Ukrayna müttəfiqləri ilə danışmalıdır ki, ona Belarus və Rusiya ərazilərinə zərbə endirməyə icazə versinlər. Putin Kiyevi ələ keçirmək üçün daha bir cəhd göstərəcək, amma bu cəhd uğursuz olacaq. Ukrayna ordusu bütün bu 8 ayda daha güclü olub. Problem bax, bundadır: Putin müharibəni konvension silahla udmaq üçün sonuncu cəhdi edir. Öz ordusunun birinci elalonunu o, itirib, amma müəyyən miqdar insanları səfərbər edə bilər» – tarixçi deyib.
Felştinski qeyd edib ki, işğalçıların ordusu havadan zərbə endirmək üçün üstünlüyə malikdir. Digər çox əhəmiyyətli kozır isə nüvə silahıdır.
«Ən zəif həlqə Belarusdur. Belarusa yönəlik hücum fəaliyyətinə başlamaq lazımdır. Bizdə, azad dünyada bütün əsaslar var ki diktator Lukaşenko devrilsin. Rusiya Ukraynaya nüvə zərbəsini Belarus ərazisindən endirə bilər» – Felştinski əlavə edib.