Qəbələdə ətraf mühiti çirkləndirən 8 nəfər cərimələnib

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması və sanitar-gigiyenik normalara riayət edilməsinin təmini məqsədilə şəhər ərazisində profilaktik tədbirlər həyata keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı bəzi şəxslərin məişət tullantılarını urnalardan kənara, eləcə də müəyyən edilməyən yerlərə atdıqları aşkarlanıb. Onlarla izahedici söhbətlər aparılıb və ümumilikdə 8 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunub və hər biri 50 manat məbləğində cərimələnib.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button