Qəbələdə oğurluq edən şəxs saxlanılıb

Qəbələ Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən 2 fərdi yaşayış evindən ümumi dəyəri 2800 manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq edən Bakı şəhər sakini Ə.Məmmədyarov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button