Qarabağda silahlar yığışdırılır: vaxt verildi

Qarabağda döyüşlər zamanı verilən silahlar 10 yanvar 2021-ci ilə qədər geri qaytarılmalıdır.

Bu barədə elanı Ermənistan rəsmi qurumları qondarma və keçmiş “dqr”in adında yayıb.

Qeyd edilib ki, bu çağırış silah verilən bütün Ermənistan vətəndaşlarına və Qarabağdakı ermənilərə aiddir.

“Silah, döyüş sursatları, rabitə və digər xüsusi vasitələr – gecə və gündüz görüntü cihazları, teplovizor və s. hamısı mütləq təhvil verilməlidir”, – elanda bildirilib.

Sonda qeyd edilib ki, 11 yanvardan bu vasitələr kimdə tapılarsa, qanunsuz sayılacaq və həmin şəxslər cəzalandırılacaq.

Xatırladaq ki, bu, Rusiya sülhməramlılarının səlahiyyətlərinə aiddir. Belə ki, rus sülhməramlıları silahlıların və erməni ordusunun Azərbaycan ərazisindən çıxmasından məsuldur.

Görünür, Rusiya sülhməramlıların prosesin icrasına başlayıb.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button