Qarabağdan yüzlərlə yaralı erməni əsgər və meyit daşınır – Xəstəxanalarda yer yoxdur

Ermənistanda yaralı əsgərlərin sayının həddən çox olması həkimlərin tibbi yardım göstərməsini çətinləşdirib. 

Bu barədə erməni xəbər səhifələri paylaşım edir. 

Bildirilir ki, yaralı əsgərlərin yaxınları xəstəxanaya buraxılmır. Erməni əsgərlərə hospitallarda yer tapmaq olmur.

Cəbhə bölgəsindən hər gün yüzlərlə yaralı və meyit gətirilir. Bununla yanaşı, Ermənistanda koronavirusun sürətlə yayılması da ağır vəziyyəti bir az da ağırlaşdırıb. 

Hətta erməni ailələr övladlarından xəbər ala bilmədikləri üçün sosial şəbəkələrdə elanlar yerləşdirirlər. 

Ermənistanda ordu ilə bağlı qadağalar tətbiq olunduğu üçün insanlar cəbhəyə gedən qohumları barədə xəbərsiz qalıblar. 

Mənbə
baku.ws
Hamısını Göstər

Related Articles

Back to top button