“Qarabağın müstəqilliyini tanımırıq” – Fransa parlamentinin sədri
“Tabe olduğumuz beynəlxalq hüquqa uyğun olaraq Fransa Qarabağın müstəqilliyini tanımır”.
“Report” “Armenpress”ə istinadən xəbər verir ki, bunu Fransa Milli Məclisinin sədri Yael Braun-Pive İrəvanda ermənistanlı həmkarı Alen Simonyanla keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd edək ki, Yael Braun-Pive Ermənistanda səfərdədir. O, Ermənistan parlamentinin sədri Alen Simonyanla regional məsələləri də müzakirə edib