“Qarabağla bağlı Moskvada imzalanmış gizli sənəd…” – Sərkisyandan şok

“2016-cı ildə Moskvada heç bir sənəd imzalanmadı – nə gizli, nə də açıq. Sizi yalnız faktlarla rəhbər olmağa çağırıram”.

Bunu Ermənistanın sabiq prezidenti Serj Sərkisyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bun 1994-cü ildə atəşkəs müqaviləsinin qüvvədə olduğunu açıq şəkildə ifadə edən ATƏT-in Minsk Qrupu həmsədrlərinin 12 aprel 2016-cı il tarixli bəyanatı da sübutdur:

“Əgər qüvvədədirsə, onda başqa hansı sənəd haqqında danışırıq? Həmsədrlər sizi aldadırlar? Onlardan yalan danışmaqda şübhələnməyə haqqımız yoxdur. Heç bir sənəd imzalanmayıb”.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə toxunan Sərkisyan prosesin təhlükəli hal aldığını bildirib.

O, Qarabağ münaqişəsinin yalnız beynəlxalq müstəvidə həll edilə biləcəyinə inandığını bildirib: “Çünki Azərbaycanın heç bir lideri heç vaxt Qarabağın müstəqilliyinə razı deyil”.

Mənbə
teleqraf.com
Hamısını Göstər

Related Articles

Back to top button