Qarlı havada xəsarət alanların sayı artdı.

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 müraciət daxil olub.

Bu barədə Bakupost.az -a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onlardan 18-i qadın, 7-si kişidir. Müraciətlər əsasən diz oynağı, çanaq, bilək, topuq, çiyin çıxığı, əl nahiyələrinin taravmaları ilə bağlı olub.

Xəsarət alanlardan biri uşaq, digərləri isə 20-62 yaş aralığında şəxslər olub.

Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button