Qax və Zaqatala rayonlarının giriş-çıxışlarında karantin postları qurulub

Nazirlər Kabinetinin 2020-ci il 23 oktyabr tarixli qərarı ilə oktyabrın 24-ü gecə saat 00:00-dan etibarən respublikanın daha bir neçə şəhər və rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, giriş-çıxış məhdudlaşdırılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, “COVİD-19” virusununyayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədiləZaqatala və Qax  rayonlarının da giriş və çıxışlarında xüsusi karantin postları qurulub. Postlarda Polis Şöbələrinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş rejimdə xidmət aparırlar. Həmçinin, rayonların daxilində də polis naryadları tərəfindən ictimai iaşə müəssisələrində, insanların daha çox toplaşdığı ərazilərdə nəzarət-profilaktiki tədbirlər keçirilir. Sosial məsafənin qorunması, tibbi maskadan istifadənin zəruriliyi,tətbiq olunan qaydalara ciddi riayət olunmasının  vətəndaşların sağlamlığının qorunması məqsədi daşıdığı sakinlərin diqqətinə çatdırılır.

Hamısını Göstər

Related Articles

Back to top button