Qaziyə əl qaldıran saxlanıldı

Vətəndaş R.Nəbizadənin Vətən müharibəsi qazisi N.Babayevi vuraraq xəsarət yetirməsilə bağlı polis tərəfindən araşdırma aparılır.

Bu barədə sosial şəbəkələrdə tibb məntəsində qeydə alınmış münaqişənin görüntülərlə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

O, qeyd edib ki, N.Babayevin xəsarətlərinin dərəcəsini müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizanın rəyi alınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələrilə cinayət işi açılıb.

Araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button