QHT rəhbərləri müraciət etdilər

BMT-nin Təhlükəsizlik Şurasına

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə:

ABŞ-ın prezidenti cənab Donald Trampa

Rusiya Federasiyasının prezidenti cənab Vladimir Putinə

Fransa Respublikasının prezidenti cənab Emanuel Makrona

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında” İctimai Liderlər Platforması”nın

MÜRACİƏTİ

27 Sentyabr 2020-ci il


27 sentyabr 2020-ci ildə saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iri çaplı silahlar, mina atanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə etməklə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə geniş miqyaslı hərbi əməliyyatlara başlamışdı.Ermənistanın bütün cəbhə boyu təşkil etdiyi hərbi təcavüz nəticəsində Azərbaycan ordusunun əsgərləri və cəbhəyanı ərazilərdə yaşayış məntəqələri və mülki əhali hədəfə alınmışdır.Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar barəsində məlumatlar vardır, vətandaşların mülkiyyətinə ciddi ziyan dəymişdir.

Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır.

Ermənistan hərbi-siyasi rəhbərliyinin uzun müdddət hazırlaşdığı və bu gün başlatdığı Azərbaycana qarşı hücumu hazırda bütün cəbhə boyu davam edir. Bu  beynəlxalq hüququn ayaqlar altına atılması və Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiq etmək aktıdır.

Əgər bu ilin iyul təcavüzünə görə işğalçı Ermənistanın qanunsuz əməllərinə beynəlxalq təşkilatlar tərəfindən, xüsusilə BMT Təhlükəsizlik Şurası, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, Human Right Watch, Amnesty İnternational, Freedom House və digərləri tərəfindən adekvat qiymət verilsəydi və təcavüzkar cəzalandırılsaydı, indi biz Ermənistanın növbəti təcavüzünün şahidi olmazdıq.

Buna görədə, biz, bu bəyanata imza atan, siyasi mövqeyindən asılı olmayaraq Azərbaycanın bütün qeyri-hökumət təşkilataları sizlərə müraciət edir və Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzü qəti şəkildə pisləməyə, Ermənistanın yeni işğal niyyətini durdurmaq üçün təsirli addımlar atmağa və təcavüzkarı cəzalandırmağa çağırırıq.

Ermənistanın müharibə cinayətlərinin davam etməsinə, Azərbaycana qarşı başladığı yeni hərbi təcavüzə, beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğuna və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi məlum qətnamələrini yerinə yetirmədiyinə görə beynəlxalq ictimaiyyət və sizlər də məsuliyyət daşıyırsınız.

Azərbaycanın “İctimai Liderlər Platforması”nın üzvləri:

 Rauf ZeyniMilli Qeyri-Hökumət Təşkilatları Forumu
 Sabit BağırovSahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu
 Umud MirzəyevBeynəlxalq Avrasiya Mətbuat Fondu
 Əliməmməd NuriyevKonstitusiya Araşdırmalar Fondu
 Sahib MəmmədovVətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası
 NovelaCəfərovaD.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyəti  
 Səadət Bənənyarlı“Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” ictimai birliyi
 Səltənət Qocamanlıİnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi
 Qorxmaz İbrahimliBiosfer İctimai Birliyi
 Əvəz HəsənovHumanitar Tədqiqatlar İctimai Birliyi
 Əziz ƏləkbərovAzərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi
 İsrayıl İsgəndərov“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi
 Vüqar Bayramovİqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi
 Çingiz QənizadəDemokratiya və İnsan Hüquqlari Komitəsi
 Məhərrəm Zülfüqarlıİctimai Problemlərin Tədqiqi Assosiasiyası
 Kamil Səlimov“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” ictimai birliyi
 Fuad Məmmədov“Simurq Azərbaycan Mədəniyyət Assosiasiyası”
 Eyyub Hüseynov“Azad İstehlakçılar” İctimai Birliyi
 Tənzilə RüstəmxanlıAzəri Türk Qadinlar Birliyi
 Mirvari QəhrəmanovaNeftçilərin Hüqularını Müdafiə Təşkilatı İctimai Birliyi
 Şəmistan Əlizamanlı“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi
 Akif NağıQarabağ Azadlıq Təşkilatı İctimai Birliyi
 Osman GündüzMultimediya Sistemləri İctimai Birliyi
 Mayis ƏliyevSosial Hüquqların Araşdırılması
 İradə Rizazadə“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi
 Bahar Qasımova“Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyi
 Məlahət İbrahimqızı“Lider Qadınlar” İctimai Birliyi
 Fizüli RzaquliyevVətən Müharibəsi Veteranları İctimai Birliyi
 Mehdi MehdiyevQarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi
 Mehriban ZeynalovaTəmiz Dünya Qadınlara Yardım İctimai Birliyi
 Əhməd  Abbasbəyli“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi
 Nəsiman YaqubluTarix və Mətbuat Araşdırmalarına Dəstək
 Şahin Rəcəbov“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyi
 Aydın Əbilov“Yeni Yazarlar və Sənətçilər” İctimai Birliyi
 Fikrət YusifovEkonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi
 Elçin Hüseynov“Azərbaycan Yazarlar Klubu” İctimai Birliyi
 Aydın KərimovMüstəqil Hüquq Mərkəzi
 Əhməd QəşəmoğluTərəqqi və Demokratiya İctimai Birliy
 Hafiz HəsənovHüquq və İnkişaf İctimai Birliyi
 Mirəli HüseynovDemokratiyanı Öyrənmə İctimai Birliyi
 Şəmsəddin ƏliyevPolisə Dəstək İctimai Birliyi
 Asif ƏsgərliAzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı
 Emin HəsənliTərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə  İctimai Birliyi
 İlqar OrucovAzərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi
Hamısını Göstər

Related Articles

Back to top button