Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları qar yağması ilə bağlı gücləndirilmiş rejimə keçiblər

Qubaya qarın yağması ilə əlaqədar Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları gücləndirilmiş rejimə keçiblər.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan polise.az-a verilən məlumata görə, DYPB-in inspektorları tərəfindən rayon ərazisində təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində bütün zəruri qabaqlayıcı tədbirlər görülür. Nəqliyyatın hərəkətinin sıx olduğu küçə və prospektlərdə sürücülərlə profilaktiki söhbətlər aparılır və onlara yollarda olan vəziyyət haqqında məlumatlar verilir.

Bundan əlavə şöbə əməkdaşları tərəfindən qarlı və buzlu yollara qum və duz səpilməsi prosesinə ciddi nəzarət olunur.

Hamısını Göstər

Related Articles

Back to top button