Qubada avtoxuliqanlıq edən şəxs saxlanılıb.

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində
sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü
saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumatda bildirilir ki,
rayon sakini Ruslan İfraimov idarə etdiyi “KİA” markalı avtomobillə hərəkətdə olarkən yol hərəkəti
qaydalarını bilərəkdən kobud şəkildə pozmaqla və avtoxuliqanlıq hərəkətləri törətməklə
vətəndaşların haqlı narazılığına səbəb olub.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək
məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.İfraimov 500 manat məbləğində cərimə edilib və
sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button