Qubada gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlandı

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan polise.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti işlədən M.Qasımov və orada olan 6 nəfər şəxs  inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Qaydaları pozan şəxslərlə bir daha profilaktiki söhbətlər aparılıb və karantin qaydalarına əməl etmələrinin vacibliyi çatdırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button