Qubada mal-qara oğruları saxlanılıb

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a bildirildiyinə görə vətənaşlardan daxil olmuş müraciətlər əsasında  keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Emin Maxsudov və Tərlan Ağamirzəyevin qabaqcadan əlbir olaraq Quba şəhəri ərazisindən  7 baş xırdabuynuzlu və rayonun Alekseyevka kəndində yerləşən otlaq sahəsindən 2 baş iribuynuzlu heyvanı oğurladıqları müəyyən edilib.

Keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Barlı kəndi ərazisindən  1 baş iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Bəhruz Mehrivari saxlanılıb.

Bundan başqa davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu bazar ərazisindən  bir ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Natiq Nuriyev saxlanılıb. Faktlarla  bağlı RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button