Qubada qanunsuz kömür quyuları aşkar edilib

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Polise.az-a verilən məlumata görə Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı vətəndaşların qanunsuz yolla istismar etdikləri kömür quyuları aşkar edilib.

Qanunsuz kömür istehsal edənlərin rayon sakinləri Rahim Almasov və Qalib Məhsimov olduqları
müəyyən edilib.

Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və
aşkar olunan kömür quyuları ləğv olunub.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button