Qubada restorandan oğurluq edən gənclər saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan polise.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən  və fəaliyyəti müvəqqəti olaraq dayandırılan restoranların birindən müxtəlif vaxtlarda bir ədəd elektrik generatoru, bir ədəd mühərrikli ot biçən, bir ədəd su nasosu və restorana məxsus digər əşyaların oğurlanması barədə müraciət daxil olub.

Daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şabran rayon sakinləri Sərdar Məmmədov, Tehran Cavadov və Ağamusa İsakov saxlanılıblar.

Saxlanılan şəxslər törətdikləri oğurluq əməlləri etiraf edərək, oğurluq yolu ilə əldə etdikləri qənimətlərin bir qismini dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Əşyaların bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.

 Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button