Qubada spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon  ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar.

Bu barədə  Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a məlumat verilib.

Belə ki, rayon sakini Habil Məhərrəmov idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub. YPX-nin əməkdaşlarının “saxla” əmrinə tabesizlik göstərən H.Məhərrəmov süni tıxac vasitəsi ilə saxlanılaraq RPŞ-yə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button