Qusar polisi məktəblilərin qonağı olub

Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 2 saylı tam orta məktəbində
narkomaniyanın fəsadlarından bəhs edən maarfiləndirmə mövzusunda tədbiri keçirilib.
“Narkomaniyaya yox deyək” mövzusunda keçirilən görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki
Eldar İlyasov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin
fəsadları barədə geniş məlumat verib. Gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən
və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən söz açan şöbə rəisi, ölkənin hər yerində
narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını qeyd edib. Çıxışının sonunda isə E.İlyasov gənclərə
daima diqqətli olmalarını, cinayət yolundan uzaq durmalarını, narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumatlı olduqları zaman isə mütləq valideynlərinə və
hüquq mühafizə orqanlarına məlumat vermələrini məsləhət görüb.
Sonra çıxış edənlər isə narkomaniya əleyhinə aparılan tədbirlərin hazırda aktual xarakter daşıdığını,
yeniyetmə və gənclərlə təşkil edilən bu cür görüşlərin əhəmiyyətini qeyd ediblər.
Həmçinin çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru, polis mayoru Səlahəddin Əmrullayev
erkən nikahın fəsadlarından bəhs edib.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.