Qusarda polis əməkdaşları məktəblilərlə görüşüblər

Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 4 saylı tam orta məktəbində “Gəncliyimizi
narkomaniyadan qoruyaq” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirmə tədbiri
keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, rayon mərkəzi xəstəxanasının və icra hakimiyyətinin
nümayəndələri, məktəbin pedaqoji heyəti, eləcə də yuxarı sinif şagirdləri iştirak ediblər.

“Narkomaniyaya yox deyək” mövzusunda keçirilən görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis
polkovnik-leytenantı Hidayət Babayev narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən
danışıb və narkotiklərin bir nəfərin yox ümumiyyətlə cəmiyyətin problemi olduğunu qeyd edib. O, son
aylarda Daxili İşlər Nazirliyinin narkotik vasitələrə qarşı ölkəboyu həyata keçirdiyi genişmiqyaslı
əməliyyatlar barədə şagirdləri məlumatlandırıb, onları sağlam gələcək naminə narkotik vasitələrdən
uzaq durmağa çağırıb. Çıxışının sonunda isə H.Babayev gənclərə daima diqqətli olmalarını, narkotik
vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumat əldə etdikdə bu barədə
valideynlərinə, müəllimlərinə və polisə məlumat vermələrinin vacib olduğunu bildirib.

Həmçinin, çıxış edən RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru, polis mayoru Səlahəddin Əmrullayev
hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. Qeyd edib ki,
hər bir şagird öz hüquq və vəzifələrini bilməlidir.

Həmçinin, çıxış edən RPŞ-nin digər əməkdaşı, polis mayoru Əmin İsmayılov Daxili İşlər Nazirliyinin
Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verərək təhsil müəssisəsinin yaranma tarixi,
inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli
hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıb.

Yekunda mövzu ətrafında məktəblilərin sualları cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button