Qusarda restoran sahibi 8 gün inzibati həbs edildi

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində olan  şadlıq evində karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a bildirildiyinə görə, obyektin sahibi  Namidar Mustafayevin əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Qusar rayon məhkəməsinin qərarı ilə həmin şəxs  İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq  8 gün müddətində  inzibati həbs edilib.

Hamısını Göstər

Related Articles

Back to top button