Qusarda tibbi maska taxmayanlar cərimələndi

Qusar rayonunda koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir. Əhalinin sanitar-karantin qaydalarına əməl etməsi üçün daxili işlər orqanları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır. Karantin qaydalarına riayət etməyənlər barəsində qanunamüvafiq tədbirlər görülür.

Qusar rayon Polis Şöbəsinin əməkdaşları qapalı məkanlarda, ticarət obyektlərində  sakinlərlə maariflədirici söhbətlər aparıb, karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar. Tibbi maskadan istifadənin zəruri olduğunu, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb.

Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

Hamısını Göstər

Related Articles

Back to top button