Rəna Abbasova şöbə müdiri təyin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yeni təyinat olub.
Rəna Abbasova Agentliyin Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilib.
O, bu ilin iyul ayından vəzifəsinin icrasına başlayıb.
R.Abbasova bundan əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində şöbə müdiri vəzifəsində çalışıb.
/Unikal/
Polise.az



