Rusiya ABŞ-a nota verib
Sentyabrın 14-də ABŞ-ın Moskvadakı səfiri Linn Treysi Rusiya XİN-ə çağırılıb.
Polise.az xəbər verir ki, ABŞ səfirinə səfirliyin birinci katibi Ceffri Sillin və ikinci katib Devid Bernstaynın “diplomatik statusa uyğun gəlməyən” fəaliyyətləri ilə bağlı ciddi demarş olunub və nota verilib.
RF XİN-in məlumatında deyilir ki, həmin diplomatlar xarici ölkə ilə gizli əməkdaşlıq edən Rusiya vətəndaşı Robert Şonovla əlaqədə olaraq, ona mükafat müqabilində yerinə yetirilən tapşırıqlar veriblər.
ABŞ səfirliyinin əməkdaşları Ceffri Sillin və Devid Bernstayn “persona non grata” elan olunub. Onlar 7 gün ərzində Rusiyanı tərk etməlidirlər.
Polise.az