Rusiya artıq müharibəni uduzub
“Putin Ukraynanı tez bir zamanda məğlub edəcəyini, NATO-nu parçalayacağını və cəzasız qalacağını düşünürdü. O yanıldı. Ukrayna azad və müstəqil olaraq qalır. NATO və onun müttəfiqləri daha da güclənib”.
APA-nın xəbərinə görə, bunu Brüsseldə çıxış edən ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli bildirib.
Milli əlavə edib ki, Rusiya artıq müharibəni uduzub – strateji, əməliyyat və taktiki müstəvidə. Amerikalı generalın fikrincə, rus ordusu döyüş meydanında bunun əvəzini ödəyəcək.