Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcək
Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcək.
Polisə.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalına müsahibəsində deyib.
V.Putinin sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyadan ölkəsində taktiki nüvə silahı yerləşdirməyi xahiş edib.
Rusiya lideri iyulun 1-də Belarusda taktiki nüvə silahı üçün anbarın tikintisinin başa çatacağını, nüvə başlığı daşıyan “İsgəndər” raket sistemlərinin isə artıq Belarusa verildiyini bildirib.