Rusiya NATO ilə əməkdaşlığı dayandırır

Rusiya Federasiyası Şimali Atlantika Alyansının(NATO) Rusiyanın daimi nümayəndəliyinin səkkiz əməkdaşının akkreditasiyasını ləğv etmək qərarından sonra noyabr ayının əvvəlindən etibarən NATO-dakı daimi nümayəndəliyinin işinin dayandırdıqlarını elan edib.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat yayıb.

S.Lavrov onu da bildirib ki, NATO-nun Moskvadakı məlumat bürosunun fəaliyyətinə də son qoyulur.

S.Lavrov bu barədə NATO-nun Beynəlxalq Katibliyinin məlumatlandırıldığını vurğulayıb.

Hamısını Göstər

Related Articles

Back to top button