Rusiya səfirliyinin paylaşımı İrəvanı bir-birinə qatdı

Rusiyanın Ermənistandakı səfirliyinin Feysbuk səhifəsində Xankəndiyə humanitar yardımla bağlı paylaşımı ermənilərin etirazına səbəb olub.

Rusiya səfirliyi Dağlıq Qarabağdakı sosial infrastrukturun təmiri üçün 50 ton tikinti materialları göndərildiyini yazıb. Rusiyanın göndərdiyi materialların “Stepanakert/Xankəndi”yə çatdırıldığı xüsusi olaraq vurğulanıb.

Rusiya səfirliyinin “Stepanakert” qondarma adı ilə yanaşı, şəhərin əsl, hüquqi və mənəvi adını – Xankəndini yazması isə ermənilərin böyük hay-küylə etirazı və təzyiqi ilə üzləşib.

Bu təzyiqlərin nəticəsində Rusiya səfirliyi paylaşımını ümumiyyətlə silib.

Hamısını Göstər

Related Articles

Back to top button