Rusiya səhvən öz şəhərini vurdu… – Şəhər qaranlığa qərq oldu

Rusiya Hava Qüvvələrinə məxsus Su-34 qırıcı təyyarəs səhvən Belqorod şəhərini vurub.
“The Moscow Times”-ın yaydığı məlumata görə, Su-34 təyyarəsi sursatı yanlışlıqla öz şəhəri olan Belqorodun mərkəzinə atıb. Partlayışdan sonra şəhərin geniş hissəsində işıqlar sönüb.
Yerlı mənbələr bildirir ki, bomba Storojevaya küçəsində yerləşən elektrik yarımstansiyasının yaxınlığına düşüb. Hadisə zamanı hava həyəcan siqnalı və ya dron xəbərdarlığı verilməyib. Şəhər sakinləri partlayışdan saniyələr əvvəl sərhəd istiqamətində uçan rus təyyarəsinin gurultusunu eşitdiklərini deyiblər.ı
Partlayışın yaratdığı nəhəng krater yaxınlıqdakı evlərə və bir yük maşınına ciddi ziyan vurub. Regional rəhbərlik isə hadisəni naməlum sursatın partlaması kimi təqdim edib.
“AzPolitika.info”



