Rusiya ordusu Ukraynanın Soledar şəhərini tam olaraq ələ keçriib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanvarın 12-dən etibarın rus hərbçilər Soledara tam nəzarət edir.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın “Vaqner” döyüşçüləri şəhərə tam nəzarəti ələ keçirmək üzrə olduqlarını bəyan edərək, növbəti hədəfin Baxmut şəhəri olacaını elan ediblər.