Rusiya və Çin liderləri videoformatda görüşüb
Rusiya Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında videoformatda görüş olub.
“Report” TASS-a istinadən xəbər verir ki, Putin iki ölkə arasında ticarət dövriyyəsinin 2022-ci ildə 25 faiz artdığını, tezliklə 200 milyard dollara çatacağını bildirib.
O, Rusiya və Çinin əlaqələrinin ədalətli dünya nizamının yaradılmasına xidmət etdiyini də vurğulayıb.
Putin deyib ki, hərbi-texniki sahədə iki ölkənin əməkdaşlığı davam edir.
Məlumata görə, Si Cinpinin 2023-cü ilin yazında Rusiyaya dövlət səfəri edəcə