Rusiya Yaponiyanın hərbi təhdidlərə cavab verəcək

“Tokiodan ciddi təhlükə yaranarsa, Rusiya Yaponiya ilə sərhədin müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirə bilər”.

525.az xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib. O, Moskvanın mümkün cavabından danışıb.

“Yaponiyadan gələn hərbi təhdidlərin qarşısını almaq üçün Yaponiya yaxınlığındakı ərazidə müdafiə vasitələrinin yerləşdirilməsindən istifadə edilə bilər. Yaponiya rəhbərliyinin bugünkü hərəkətləri sülh müqaviləsinin imzalanmasının təşviqinə kömək etmir. Bu gün əksər ölkələr ABŞ-ın diktəsi ilə hərəkət edir və onların mövqeyi bizim üçün tamamilə aydındır”, – deyə deputat bildirib.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirmişdi ki, Yaponiyanın Baş naziri Fumio Kişidanın ölkənin dinc inkişafından imtinaya yönəlmiş kursu Moskvanı hərbi təhdidlərin qarşısını almaq üçün adekvat cavab tədbirləri görməyə vadar edir. Onun fikrincə, Tokionun tərəfdaşlarının iştirakı ilə Rusiya sərhədləri yaxınlığında keçirilən hərbi təlimlər Yaponiyanın hərbiləşdirilməsindən danışır.

Diplomat həmçinin qeyd edib ki, Yaponiya ilə sülh müqaviləsi bağlamaq üzrə dialoq ölkənin anti-Rusiya kursuna görə mümkün deyil.  

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button