Rusiya Zəngəzurda konsulluq açmaq istəir.Necə?

Polise.az xəbər verir ki, bu barədə Moskvada erməni-rus ekspertlərinin dəyirmi masasında Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov məlumat verib.

“Mayın 25-də Moskvada keçirilən Paşinyan-Putin ikitərəfli görüşü zamanı Ermənistan tərəfi Rusiya tərəfinin Sünikdə konsulluq açmasına razılıq verib”, – deyə o bildirib.

Rusiyalı diplomatın sözlərinə görə, konsulluğun yaradılması prosesində ən azı bir il tələb olunacaq uzun dövlət prosedurlarından keçmək deyil, sadələşdirilmiş yolla getmək qərara alınıb.

“Təkcə erməni-rus dostluğunun qorunub saxlanmasına deyil, həm də Ermənistanın bu strateji əhəmiyyətli regionunun təhlükəsizliyinə töhfə vermək üçün ora adamların göndərilməsi qərara alınıb. Ümid edirəm ki, iyunda səfərimiz səmərəli olacaq”, – Sergey Paltov qeyd edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button