Rusiyada azərbaycanlıların restoranına hücum edən ermənilərə hökm oxundu

Moskvada azərbaycanlılara məxsus “1001 Gecə” restoranına edilən hücuma görə saxlanılan ermənilərə hökm oxunub.

Bu barədə “Kommersant” xəbər yayıb.

Bildirilir ki, hücumda iştirak edən Artak və Seyran Nikoyan, Armen və Arsen Apriyan, Arqişt və Nareq Petrosyan, həmçinin Razmiq Saakyan Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə (bir qrup şəxs tərəfindən silah kimi istifadə olunan vasitələrdən istifadə edərək xuliqanlıq) təqsirli bilinərək Moskvanın Nikulinski Məhkəməsinin qərarı ilə cəzalarını ümumi rejim cəzaçəkmə müəssisələrində çəkməklə hər biri iki il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, hadisə 2020-ci ilin iyulunda baş verib. Belə ki, bıçaq və dəyənəklərlə silahlanan ermənilər restorana soxularaq, müəssisəni dağıtmağa başlayıblar. Bu zaman onları dayanmağa çalışan mühafizəçi yaralanıb.

Hadisə müşahidə kamerası tərəfindən qeydə alınıb, bunun sayəsində təcavüzkarların kimliyini müəyyənləşdirmək mümkün olub.

Hamısını Göstər

Related Articles

Back to top button