Rusiyalı hərbçilərin öldürülmüş insanlar fonunda reportajı yayıldı
Rusiyalı hərbçilərin Ukraynada küçənin ortasında qalan meyitlər fonunda reportajı təqdim edilib. Ukrayna KİV-ləri həmin görüntülərdən kadrlar paylaşıblar.
“Bura Buça deyil, Severodonetskdir. Rusiyalı hərbçilər şəhəri dağıdıb, yüzlərlə dinc sakini qətlə yetiriblər, indi də onların meyitlərinin fonunda reportaj hazırlayır, ölənləri isə “diversant” adlandırırlar”, – deyə yerli kanallarda bildirilib.