“Rusiyanın hücum etməyə heç nəyi qalmayacaq” – Müharibənin aktiv fazasının nə vaxt bitəcəyi açıqlandı

Ukraynanın şərqində Rusiyanın hücumu iki-üç həftəyə «boğulacaq». Bundan sonra, döyüş əməliyyatlarının aktiv fazası dayana bilər.

Bu barədə Ukrayna Prezident Ofisinin başçısının müşaviri Aleksey Arestoviç «Meduza»ya müsahibəsində deyib.

“İki-üç həftədən sonra bu hücum başa çatacaq. Onunla birlikdə isə tamamilə mümkündür ki, müharibənin aktiv fazası da başa çatsın. Çünki Rusiya ordusunun hücumu üçün heç nəyi qalmayacaq” – deyə, Arestoviç hesab edir.

Onun sözlərinə görə, hazırda Rusiya qüvvələri Ukraynanın şərqində kifayət qədər aktiv hücum edir.

Amma onlar üçün problem bundan ibarətdir ki, bura hücum üçün əlverişli yer deyil. Onların orada saxladığı qüvvə qəti qələbə üçün yetərli deyil.

Hamısını Göstər

Related Articles

Back to top button