Rusiyanın İran “sevgisi”: görünməmiş hərbi yardım göstərdi

ABŞ iddia edir ki, İranın Ukraynada müharibə aparmaq üçün Rusiyaya silah satışı müqabilində Moskva Tehrana görünməmiş səviyyədə hərbi-texniki dəstək verir.

Məlumata görə, bu barədə ABŞ prezidenti Co Baydenin administrasiyasındakı mənbə bildirib.

İddia olunur ki, Rusiya İrana qabaqcıl hərbi texnika və komponentlər, xüsusilə helikopterlər və hava hücumundan müdafiə sistemləri verə bilər.

2022-ci ilin yazında iranlı pilotlar Rusiyada Su-35 qırıcı təyyarəsini idarə etmək üçün təlim keçiblər ki, bu da ABŞ rəsmilərinin fikrincə, İranın “gələn (2023) il ərzində təyyarələri qəbul etməyə başlaya biləcəyini” göstərir.

Bayden administrasiyası həmçinin hesab edir ki, Rusiya İranla silahların hazırlanmasında, xüsusən də Rusiya ərazisində dronların birgə istehsal xəttinin yaradılması kontekstində əməkdaşlığa can atır.

“Bu tərəfdaşlıq təkcə Ukrayna üçün deyil, həm də İranın regiondakı qonşuları üçün təhlükə yaradır. Biz bu məlumatı Yaxın Şərqdəki və dünyadakı tərəfdaşlarımızla paylaşmışıq”, – adının çəkilməsini istəməyən ABŞ rəsmisi deyib.

Tehran və Moskva arasındakı tərəfdaşlığa qarşı çıxmaq üçün ABŞ “İran-Rusiya hərbi əməkdaşlığını müzakirə etmək üçün həmfikir ölkələrin müəyyən qrupunu bir araya gətirmək variantlarını nəzərdən keçirir” və Rusiya ilə İranın arasında texnikanın, həmçinin maddi vəsaitlərin transferinə mane olmaq məqsədilə digər ölkələrlə işləyir.

“Biz İrana məxsus pilotsuz təyyarələrin Ukraynada istifadə üçün Rusiyaya təhvil verilməsində iştirak edən qurumlara qarşı sanksiyalar tətbiq edirik. İranın həssas texnologiyaya çıxışını məhdudlaşdırmaq üçün ixrac nəzarəti ilə bağlı atacağımız əlavə addımları qiymətləndiririk”, – mənbə əlavə edib.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button