Rusiyanın “S-400” zenit-raket kompleksi yığılan müəssisəsində yanğın qurbanlarının sayı artıb
Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyi Hava-Kosmik Qoşunları Elmi-Araşdırma Mərkəzində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.
“Dağıntıların təhlili zamanı daha 6 nəfərin meyiti tapılıb. Yanğın qurbanlarının ümumi sayı 17 nəfərdir”, – xidmətdən bildirilib.
Qeyd edək ki, aprelin 21-də Rusiya Müdafiə Nazirliyinin Tver şəhərindəki “S-400” zenit-raket kompleksi və “İsgəndər” raketlərinin hazırlandığı Elmi-Araşdırma Mərkəzində yanğın baş verib.