Ruslar “Erməni zəvvarlar”ı Kəlbəcərə gətirdilər

Qarabağdakı Rusiya sülhməramlı kontingentin hərbçiləri “erməni zəvvarları” Amaras (Xocavənd) və Gəncəsər monastırlarına (Kəlbəcər) müşayiət ediblər.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

“Sülhməramlılar bu gün Amaras monastırına gələn zəvvarları müşayiət və təhlükəsizliyini təmin etdilər.

Ümumilikdə, 50-dən çox adam müşayiət olunub”, – sülhməramlı kontingent zabiti Mark Yegorçik deyib.

Sülhməramlılar 30 nəfər üçün avtobus ayırıb, qalanları isə Rusiya sülhməramlılarının müşayiəti ilə şəxsi nəqliyyat vasitəsi ilə monastırlara gəliblər.

İkinci marşrutda Xankəndindən Gəncəsər monastırına 40-dan çox “dindar” müşayiət olunub.

Hamısını Göstər

Related Articles

Back to top button