Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin açılışı oldu

Avqustun 26-da Bakının Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısına və Birinci vitse-prezidentə məlumat verilib ki, bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub. Burada rəqs ansamblı və vokal-instrumental qrup fəaliyyət göstərəcək.

Bundan başqa, mədəniyyət evində konsert-tamaşa zalı, universal səhnə, səsyazma studiyası və digər zəruri infrastruktur yaradılıb.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close