Səfir: Bakı izn verməsəydi, ermənilər qayıda bilərdi?

Azərbaycan heç vaxt Dağlıq Qarabağın erməni əsilli Azərbaycan vətəndaşlarının haqlarını şübhə altına almayıb.

Bunu Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov RND portalına müsahibəsində deyib. Səfir Azərbaycanın ermənilərlə azərbaycanlıların dinc yaşaması üçün hər şeyi edəcəyini bildirib.

O, həmçinin Ermənistanın Azərbaycanı erməni qaçqınları məsələsinə görə tənqid etməyə haqqının olmadığını deyib:

“Azərbaycanın torpağını işğal etməklə Ermənistan etnik təmizləmə aparıb. Azərbaycanlı qaçqınlar ən sadə haqlarından – yaşamaq və azadlıq haqlarından məhrum ediliblər. Azərbaycan hər zaman, hətta 44 günlük müharibə vaxtı beynəlxalq hüququn normalarına əməl edib. Biz heç vaxt erməni millətindən olan vətəndaşlarımızın Dağlıq Qarabağda yaşaması haqqını şübhə altında qoymamışıq. Hazırda 50 mindən çox erməni Dağlıq Qarabağa qayıdıb. Əlbəttə, bu, Azərbaycanın razılığı olmadan mümkün olmazdı. Azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağa qayıdışı da yaxın zamanlarda mümkün olmalıdır”.

Hamısını Göstər

Related Articles

Back to top button