Şəkidə avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb

DİN-in “102” Zəng Mərkəzinə Şəki şəhəri ərazisində oktyabrın 26-da 3 avtomobildən  oğurluq edilməsi barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə,  daxil olmuş müraciətlər əsasında Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “isti izlər”lə  keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən maqnitofon, pul, bank kartları və digər əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini V.Abdulxalıqlı və bir yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button