Şəmkirdə karantin qaydalarını pozaraq təşkil edilən yas mərasimi yarımçıq dayandırıldı

Şəmkirdə sərt karantin rejiminə baxmayaraq təşkil olunan yas mərasimi dayandırılıb.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hadisə Aşağı Seyfəli kəndində baş verib.

Rayon icra başçısı Alimpaşa Məmmədov və hüquq-mühafizə orqanlarının əməkdaşları həmin ünvana gedərək mərasimi dayandırıblar.

Yası təşkil edən şəxslər cəzalandırılıb, iştirak edən kənd sakinləri barəsində isə karantin qaydalarının pozulmasına görə tədbirlər görülüb.

Eyni zamanda qadağalara baxmayaraq, mərasimində iştirak edən kəndin din xadimi hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button