Sərnişin avtobusunda yaranmış nasazlıqla əlaqədar nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a bildirilib ki, bugün saat 16:30 radələrində Şəki şəhərində yerləşən istirahət mərkəzlərinin birində Ağdam rayon sakini Elya Əhmədovun idarə etdiyi “ISUZU” markalı sərnişin avtobusunda yaranmış nasazlıqla əlaqədar nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Hadisə yerinə dərhal polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili Tibbi Yardımın həkim briqadaları cəlb olunub, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
Hazırda faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Qeyd edək ki, 4-ü müəllim, 2-si valideyn və 16-sı da şagird olmaqla ümumilikdə 22 nəfər gəzmək məqsədilə Samux rayonundan Şəki şəhərinə gəliblər.

Hamısını Göstər

Related Articles

Back to top button