Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon  ərazisində qanunsuz ov edən Heydər İbrahimov və Ədalət Rəsulov saxlanılıblar.

Həmin şəxslərdən 1 ədəd sənədsiz   “İJ” markalı 12 çaplı  ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl dovşanı  aşkar edilib.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button